Xatırladaq ki, ''Qalatasaray''dan 12 milyon avroya transfer edilən Türkiyə yığmasının üzvü Lissabon nəhəngində keçirdiyi ilk 5 rəsmi oyunda 4 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib. Hətta onun ''Mançester Yunayted''in maraq dairəsinə düşməsi barədə söz-söhbətlər də yayılıb.
Manikunianlar 40 milyon avro ödəməyə hazırdılar. Amma ''Qartallar'' təbii ki, bu oyunçu ilə belə tez vidalaşmaq niyyətində deyil. Bu arada sabiq portuqaliyalı futbolçu Marsio Madeyra Kərəmlə bağlı diqqətçəkən açıqlamalar verib. O, bu yay ''Benfika''nı tərk edərək ''Napoli''yə yollanan David Neresi xatırladaraq bunları deyib:
''Yayda fanatların çoxu Neresin komandada qalmasını istəyirdi. Onlar Neresdənsə, Di Mariyanın ayrılmasının daha faydalı olacağını düşünürdülər. Ancaq Kərəm Aktürkoğlu çox qısa müddət ərzində fanatların qəlbinə yol tapdı və Neresi unutdurdu. Düzdü, Neres ötən mövsüm ''Benfika''da əla işlər gördü. Amma bu gün fanatlar arasında sorğu keçirsək, fikrimcə, onların çoxu Neres ilə Kərəmin dəyişdirilməsini istəməzlər''.
ƏLİ






