“Meydanda olduğu müddətdə rəqibi xeyli çəkindirdi” - Mahir yenə almanların gündəmində!

14.10.2024 14:29 1 163
Aktual / Ölkə futbolu
Müasir futbolun yazılmayan qaydalarından biri də odu ki, Mahir Emreli hansı kluba yollanırsa, dərhal diqqət mərkəzinə düşür. Hazırda karyerasını davam etdirdiyi “Nürnberq”də də belədi!

“Football-plus.az” xəbər verir ki, “Bild”in reportyoru Niko Celev həmvətənimiz haqda müsbət fikirlərin yer aldığı yazı hazırlayıb. Sizi həmin yazıyla tanış edirik:

“Nürnberq” uzun müddətdi hücum cəhdlərində axsaq idi. Ötən həftəyə qədər olan statistika göstərir ki, Miroslav Klozenin komandası 2-ci bundesliqanın bu yöndə ən zəif iştirakçısıdı. Lakin “Proyssen”lə matçda ciddi irəliləyiş yaşandı. Kollektiv mövsümdə ilk dəfə bu qədər cəld oynadı, təhlükəli qol vəziyyətləri yaratdı. Buna baş məşqçinin iki keyfiyyətli hücumçuya – Mahir Emreli ilə 18 yaşlı Stefanos Simasa start heyətində şans verməsi səbəb oldu. Onlar meydanda olduğu müddətdə rəqibi xeyli çəkindirdi. İndi Simas Yunanıstanın U-21, Mahir isə Azərbaycanın əsas millisindədi. Onlar qayıdandan sonra daha yaxşı işlər görə bilər”.


Həmkarımız Klozenin Mahirlə bağlı fikirlərini də öyrənib:

“Düzdü, Emreli bəzi epizodlarda geriləyir. Bunu düzəltməsi üçün zaman lazımdı. Lakin o, topa sahib olanda rəqib üçün təhlükə yaradır. Mahirlə Simas bir-birinə uyğunlaşsa, çoxlu qollar vuracağıq. Hər ikisi millilərinin oyunlarından sonra düşərgəyə qayıdacaq. Məşqlərdə daha yaxşı hücumların planlarını quracağıq”.

KƏNAN BAHADIR