Millimiz Belarusda heç-heçə etdi

13.10.2024 23:24 254
Yığma
U-19 millimiz Belarusda təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib.

“Football-plus.az” xəbər verir ki, millimiz Minskdə Belarus millisinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.