Almaniya yığması qarşıdakı oyunlara ciddi itki ilə çıxacaq.
"Football-plus.az" Xəbər verir ki, milli komandanın kapitanı Manuel Noyer zədələnib. 37 yaşlı qapıçı yığmanın məşqi zamanı sıradan çıxıb. Noyerdə əzələ yırtığı aşkarlanıb. O, bu səbəbdən “Bavariya”nın düşərgəsinə qayıdıb.
Almaniya millisi martın 23-də Fransa, martın 26-da Niderlandla yoldaşlıq oyunu keçirəcək.