Azərbaycan – Slovakiya oyununun hakimləri

11.10.2024 13:30 279
Ölkə futbolu
Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Millətlər Liqasının 4-cü turunun matçını Norveç təmsilçiləri idarə edəcəklər.

Rohit Saqqi qarşılaşmanın baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, C liqasının 1-ci qrupunun Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20.00-da başlayacaq.