Azərbaycan - İsveç oyununun hakimləri

2.09.2024 16:29 299
Yığma
Millimizin İsveç yığmasıyla Bakıda keçirəcəyi Milətlər Liqasının 1-ci tur oyununun hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək:

Oyunun baş hakimi Balazs Berke olacaq. Ona yan xətdə Vencel Toth və Balazs Szert kömək edəcək. Dördüncü hakim funksiyasını isə Csaba Pinter yerinə yetirəcək

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək oyun saat 20.00-da başlayacaq.