Slovakiya - Azərbaycan matçının hakimləri

5.09.2024 12:37 213
Yığma
Millimizin sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi Milətlər Liqasının 2-ci tur oyununun hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Koşitse Futbol Arenasında təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damian Silvestrjak olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, sentyabr 8-i keçiriləcək Slovakiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.