“Bolqarıstandan qələbə ilə qayıdacağımıza inanıram” – Tahir Gözəl

7.08.2024 08:49 578
Aktual / Ölkə futbolu
Dünən “Qarabağ” Çempionlar Liqasının 3-cû təsnifat mərhələsinin ilk oyununda “Ludoqorets”ə uduzdu - 1:2.

Matçdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl fikirlərini “Football-plus.az” ilə bölüşdü:

“Gorünürdü ki, rəqib “Qarabağ”ı yaxşı təhlil edib. Amma komandamın göstərdiyi performansdan çox razıyam. Əsas komandamın iradəsidi. Oyun üstünlüyü kəsinliklə “Qarabağ”da idi. Çox fürsətlər oldu. Qismət, bəxt... Oyunçular bir-birinin ayağına ilişirdi. Onların qapıçısı da qələbədə əsas rol oynadı. Deyim ki, bu oyunu onlar üçün xilas edən qapıçı oldu. “Luqorets” Bolqarıstan çempionudu. Heç bir rəqibi özümüzdən kiçik görmürük. Hələ məsələ bitməyib. İnşallah, mən də komandamla bərabər Bolqarıstanda olacam, ona dəstək verəcəm. Hesab edirəm ki, bu oyundan bir az da daha yaxşı oynasaq, sürpriz yaratsaq, əla olacaq. Ora ancaq qələbə üçün gedirik. Bolqarıstandan qələbə ilə qayıdacağımıza inanıram. Bu əzm Çempionlar Liqası üçündü”.

Tahir bəy yeni futbol mövsümü haqda da fikir bildirdi:

“Düşünürəm ki, bu il çempionat daha da çətin olacaq. Amma çətin oyunlar bizi bu kimi yarışlara daha yaxşı hazırlaşdırır. Ona görə çətinlik bizi qorxutmur. Həmişə yerli futbolun inkişafını dəstəkləyirik. Çünki Avropaya təcrübə ilə çıxmalısan. Bu təcrübə də çempionat matçlarinda əldə oluna bilər”.

RÖYANƏ OĞUZ