Ataman uduzdu və iddialı açıqlama verdi

10.10.2024 14:57 308
İdman
“Panatinaikos”un baş məşqçisi Ərgin Ataman komandasının Yunanıstan Superkuboku uğrundakı oyunda məğlubiyyətindən sonra cəlbedici açıqlama verib.

Türkiyəli mütəxəssis “Pao”nun Avroliqada və Yunanıstan çempionatında qələbə uğrunda mübarizə apara biləcəyinə əmindi. Xatırladaq ki, “Panatinaikos” Superkubok uğrunda oyunda ölkənin digər nəhəngi “Olimpiakos”a uduzub - 85:86.

Ataman “Olimpiakos”la oyunla bağlı bunları deyib:

“Avroliqada və Yunanıstan çempionatında titula hazır olun. Enində-sonunda biz qələbə qazanacağıq. Oyun gərgin keçsə də, keyfiyyəti yüksək deyildi. Biz yaxşı basketbol göstərə bilmədik. İstənilən halda, qələbəyə can atırdıq və bir xal fərqi ilə uduzduq”.