• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Basketbol dünyasını dəyişən türk - Ataman MBA-dan təklif gözləyir

İdman

3-06-2024, 22:0

Basketbol üzrə Avroliqanın Berlində keçirilən “4-lər finalı”nın yekunları haqda bilgi vermişdik.

“Football-plus.az” xəbər verir ki, bir daha xatırladaq ki, “Panatinaikos” finalda son çempion “Real”ı 95:80 hesabıyla məğlub etməklə son 13 ildə ilk dəfə turnirin qalibi oldu.

Həlledici oyunda əslində müntəzəm çempionatın iki ən güclü komandası qarşılaşdı. “Real” çempionatda keçirdiyi 34 oyunun 27-də qalib gəlmiş, 7-də uduzmuşdu. “Panatinaikos”un məğlubiyyət sayı 11 idi. Çus Mateo və Ərgin Atamanın komandalarının 1/4 final seriyaları fərqli ssenari üzrə keçmişdi. Madrid nəhəngi “Baskoniya” üzərindəki “quru” qələbə (seriya 3:0 bitdi) sayəsində “4-lər finalı”na vəsiqə qazanan ilk komanda oldu. Afina təmsilçisi isə “Makkabi”nin müqavimətini yalnız 5-ci oyunda qırdı. Yeri gəlmişkən, seriyanın İsrail klubunun qələbəsi ilə bitən ilk oyunundan sonra Ataman jurnalistlərə komandasının bu dueldən qalib ayrılacağını, əks halda istefa verəcəyini demişdi.

Ata üçün zəfər
Xatırladaq ki, türkiyəli mütəxəssis 2023-cü ilin yayında ikiillik müqavilə bağlamaqla “Pao”nun “sükanı arxasına” keçib. Buna qədər isə 6 il ərzində “Efes”də qələbə ənənələrini dirçəldirdi, İstanbul klubu ilə üç dəfə ölkə çempionatının, iki dəfə Avroliqanın qalibi olmuşdu. Ataman Afina klubunu yetərincə arzuolunmaz vəziyyətdə qəbul etdi. “Panatinaikos” Avroliqanın 2022/23 mövsümünü sonuncudan əvvəlki yerdə bitirmişdi, yalnız Toni Parkerin ASVEL-ini qabaqlaya bilmişdi. Yunanıstan çempionatının finalında isə “Olimpiakos”a məğlub olmaqla (seriyanın hesabı – 1:3) prinsipial rəqibin ardıcıl 2-ci çempionluğuna mane ola bilməmişdi. Onda “Panatinaikos”dan ayrılan amerikalı forvard Derrik Uilyams bildirmişdi ki, son bir neçə aydakı ən yaxşı anını yaşayır: “Klubun çoxlu problemi var, Ataman bütün bunları həll edə bilməz, hərçənd o, işinin ustalarından biridi. Həll edə bilsə, onun önündə şlyapamı çıxaracam”.
Ataman isə daha pozitiv düşünürdü. Xüsusən də “Pao” Kostas Slukası düşərgəsinə cəlb etməyə razı salandan sonra. Özü də birbaşa “Olimpiakos”dan. Bu transfer Yunanıstanda çoxlu mübahizə doğurdu, fanatlar daim Slukası fitə basdı, ancaq Ataman həmişə jurnalistləri əmin edirdi ki, Kostas klubu qələbə yoluna qaytaracaq. Ötən mövsümlə müqayisədə Slukasın statistikası aşağı düşsə də, Ataman “4-lər finalı” ərəfəsində daha bir parlaq açıqlama verdi:

“Kostas Berlində Avropanın ən yaxşısı olduğunu hamıya sübut edəcək. O, istənilən oyunun öhdəsindən necə gələcəyini, komandaya, oyundaşlarına, həmçinin mənə necə yardım edəcəyini bilir. Kostas çox önəmlidi, ümid edirəm ki, fiziki cəhətdən 100 faiz hazırdı. Enində-sonunda söhbət cəmi iki oyundan gedir”.


Atamanın sehri işə yaradı. Slukas “Fənərbaxça” ilə yarımfinal oyununda parlamasa da (4 xal, 3 ötürmə), bu da Şarunas Yasikyaviçyusun komandasını məğlub etmək üçün kifayət idi. “Pao” buna qədər sonuncu dəfə Avroliqanın finalında 13 il əvvəl oynamışdı. Əvəzində onların baş məşqçisi son 6 ildə 4-cü dəfə “köhnə dünya”nın ən nüfuzlu klub turnirinin finalında görünəcəkdi.
Yarımfinalda gücünə qənaət edən (17 dəqiqə 40 saniyə oynadı) Slukas “Real”la həlledici oyunda artıq bütün istedadını göstərdi: 24 xal, 3 ötürmə. Və haqlı olaraq, MVP mükafatını aldı, hərçənd “Real”ı tituldan məhrum etmək asan deyildi. Madridlilər ilk çeyrəkdə 36 xal topladılar, 2-ci çeyrəyin gedişində 15 xal öndəydilər. Amma fasilədən sonra parketdə yalnız bir komanda – “Panatinaikos” var idi. Yunanların baş məşqçisi oyundan sonra belə dedi:
“Panatinaikos”un 15 min azarkeşinin gözü önündə geridönüş edə bildiyimizə görə qürurluyuq. Möhtəşəm nəticədi. Oyunçulara, rəhbərliyə, Berlinə gəlib çıxa bilməyən fanatlarımıza görə çox xoşbəxtəm. Bilirsiz ki, bir ay əvvəl atamı itirmişəm. “Efes”lə qazandığım bütün qələbələrdə yanımda idi, indi isə “Pao”nun uğurlarından ləzzət alır”.


İndi Ataman Yunanıstan çempionluğunu da (orda hələ yarımfinal mərhələsidi) qazanmağa çalışacaq, onun münəccimliyi doğru çıxsa, heç kim təəccüblənməyəcək. Ərgin yayda demişdi ki, “Olimpiakos”a və bu komandanın çalışdırıcısı Georgios Bartsokasa (birgə şam etmişdilər) olan bütün hörmətinə rəğmən, bu il çempionatın qızıl medallarını “Pao” qazanacaq.

Ataman MBA-dan təklif gözləyir
Ataman 3-cü dəfə Avroliqanın qalibi oldu, özü də müxtəlif klublarla. Əvvəllər bunu yalnız Jelko Obradoviç (“Partizan”, “Xoventut”, “Real”, “Panatinaikos” (5), “Fənərbaxça” ilə qazanıb), Aleksandr Qomelski (“Riqa” (3), ÇSKA), Ettore Messina (“Virtus”, ÇSKA) və Bojidar Malkoviç (“Split”, “Limoj”, “Panatinaikos”) bacarıb.
Odu ki, Ərginin MBA-da özünü sınamaq arzusu artıq kalambur kimi görünmür. Türkiyəli mütəxəssis “4-lər finalı” zamanı jurnalistlərə belə dedi:
“MBA-nın turnir cədvəlinin aşağı hissəsindəki komandalardan biri sirrimlə maraqlanırsa, mən burdayam. Qoy mənlə əlaqə yaratsınlar. Yanaşmamı izah etməyəcəm. Qoq əlaqə saxlasınlar, birlikdə onların komandasını zirzəmidən zirvəyə qaldıracağıq. Bu o qədər də çətin deyil”.


Bəlkə də Ataman Avropa basketbolunun ideologiyasını okeanın o tayına daşıya biləcək. Bir neçə ay əvvəl MBA-dan qayıdan Xuan Ernanqomesin heç də uğurlu alınmayan mövsümünü şərh edərkən belə demişdi:
“Xuanço bəzi problemləri olan oyunçudu. MBA-dan gələnlərin problemi isə ondan ibarətdi ki, onlar orda az oynayıblar və heç bir məsuliyyət daşımayıblar. Avroliqada isə bu problemə çevrilir. Təkcə Xuanço yox, onun kimi başqaları üçün də. Artıq dəfələrlə dediyim kimi, Avroliqa oyunun əvvəlindən sonuna qədər aqressiv mübarizə deməkdi. MBA fərqlidi. MBA-da oyunun ilk üç çeyrəyi çox “yumşaq” keçir. Onlar yalnız 4-cü çeyrəkdə oynamağa başlayırlar”.

Paylaş:
Digər xəbərlər

İdman

13-05-2024, 10:0

“Fənərbaxça” yarımfinalda “Panatinaikos”la qarşılaşacaq

İdman

9-05-2024, 19:0

“Fənərbaxça” da “4-lər finalı”na vəsiqə qazandı

İdman

17-04-2024, 22:0

“Fənər” “Monako”ya rəqib oldu, “Efes”in işi çətindi

İdman

29-05-2024, 20:0

Ataman yenə Avroliqanı fəth etdi

İdman

15-01-2024, 19:0

“Fənərbaxça” “Bavariya”nın müqavimətini overtaymda qırdı

İdman

17-11-2023, 19:0

“Fənər” darmadağın oldu, “Efes” səfərdə sevindi

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 3-06-2026, 21:0
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • 3-06-2026, 21:0
    Yunanıstan karyerası 7 ay çəkdi
  • 3-06-2026, 20:0
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • 3-06-2026, 20:0
    Madridi tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə