Millimiz bu gün Millətlər Liqasının qrup mərhələsinin 3-cü çərçivəsində Estoniya ilə matç üçün Tallinə uçub. Komanda səfərə saat 15.00-da çarter reysi ilə yollanıb.
Bəs baş məşqçi Fernando Santuşun dəvət etdiyi bütün futbolçular, xüsusilə legionerlər düşərgədədimi? Kollektivə sonradan qoşulacaq oyunçular varmı?
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin “Football-plus.az”a verdiyi məlumata görə, oyunçuların hamısı Bakıdadı. Yığma dünən və bu gün səhər saatlarında məşq edib.
Qeyd edək ki, komanda sabah saat 18.00-da “Lilleküla” stadionunda açıq məşqə çıxacaq. Millimiz oktyabrın 11-də həmin arenada estonların qonağı olacaq.
KƏNAN BAHADIR