AFFA Qazaxıstana uduzan millini hansı oteldə yerləşdirib? - AÇIQLAMA

4.06.2022 19:05 689
Yığma
Millimiz dünən səfərdə Qazaxstana məğlubiyyətdən sonra Belarusla oyun üçün birbaşa Serbiyaya yollanıb.

“Football-plus.az" saytı olaraq səfərin detallarını öyrənmək üçün AFFA-ın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxladıq:

“Milli komanda Qazaxstanla oyundan dərhal sonra Belqrada yollandı. Çarter reysi ilə 6 saatlıq uçuşdan sonra, Bakı vaxtı ilə səhər saat 5 radələrində Belqrada çatdıq. Yığma “Radisson” otelində məskunlaşıb. Açıq məşq və mətbuat konfransı barədə isə rəsmi saytda məlumat veriləcək”.


ABDULLA İSMAYILOĞLU