• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əcnəbilərin mentallıq nağılları - KÖŞƏ

Aktual / Yazarlar

8-10-2024, 13:0

Azərbaycanla Türkiyə əksər sahələrdə bir-birinə oxşardı. Müstəqilliyi bərpa etdiyimiz ilk illərdən bəri bir çox sahələrdə Türkiyəni özümüzə örnək götürmüşük, qardaş ölkəyə bənzəməyə çalışmışıq. Futbolda da belədi. Baxmayaraq ki, iki ölkənin futbolları arasında yerdən göyə qədər fərq var. Bu reallığı nəzərə almayan futbolumuzun başbilənləri özlərini türklər kimi aparmağa çalışırlar. Diqqət yetirin, onların da futbol klublarına və milli komandalarına əsasən əcnəbilər baş məşqçi təyin edilir. Elə bizimkilər də bir balaca pul tapan kimi onu əcnəbi mütəxəssisə yedirtməyə, yaxud da onunla birlikdə yeməyə çalışırlar.

Aydın məsələdi ki, Türkiyədə istedadlı futbolçuların sayı həddən artıq çoxdu. Əvəzində yerli futbol məşqçiləri əsasən gəvəzəliklə, daxili intiriqalarla məşğul olur, öz üzərlərində çalışmırlar. Diqqət yetirin, türkiyəli məşqçilərə ölkədən kənarda heç yerdə tələbat yoxdu. Dili dilçəyinə sığmayan Fatih Tərim Yunanıstandan əli ətəyindən uzun qayıtdı. Bizimkilərin də ilahiləşdirdiyi Şenol Günəş bir müddət Koreyada gününü keçirdi, sonrakı karyerası bütünlüklə Türkiyəyə bağlıdı. Ərtuğrul Sağlamla Mustafa Dənizli Təbrizin “Traktorsazi” klubunda uzun müddət qərar tuta bilmədilər. Hansısa türkiyəli mütəxəssisin ölkəsindən xaricdə çalışmasını, uğur qazanmasını xatırlamıram. Belə bir hadisə olubsa, mənə xatırladarsız. Heç də təsadüfi deyil ki, Şenol Günəş, Fatih Tərim kimilər işsiz qalan kimi adları Azərbaycan futbolu ilə yanaşı çəkilir, başqaları da ara-sıra özlərini AFFA-ya və klublarımıza təklif edirlər.

Buna görə də Türkiyə Futbol Federasiyası yerli mütəxəssislərdən üz çevirib, əcnəbiləri milli komandaya baş məşqçi təyin edib. Vinçentso Montella “ay-ulduzlular”ın qarşıdakı oyunlar üçün heyətini açıqlayıb. Millidə oynamağa namizəd 26 futbolçunun arasında kimlər yoxdu? Hiss etmək çətin deyil ki, italiyan mütəxəssis çətin seçim qarşısındadı, bu qədər namizəd arasından ən layiqliləri yekun heyətə daxil etməlidi. Türkiyə mətbuatı da pusquda dayanıb, öz şikarını gözləyən ovçu kimidi. Kiçik bir büdrəmədə deyəcəklər ki, filan futbolçu daha yaxşı oynayırdı, onu oynatmadın, digərini oynatdın. Montella da bu təzyiqi gözə alır, seçimində daha diqqətli olmağa çalışır.

Amma bizdə vəziyyət fərqlidi. Fernando Santuş Estoniya və Slovakiya ilə oyunlar üçün cəmi 24 futbolçuya dəvət göndərib. Ötən iki oyundan fərqli Yusif İmanov milliyə çağrılmayıb, onun əvəzinə Aydın Bayramov Santuşun rəhbərliyi altında məşq edəcək. Vəssalam. Bu məhdud seçim Santuşun günahı deyil. Onun qarşısına qoyulan məhsul budu, “yemək bişirmək” üçün bazara-dükana getmək imkanı da yoxdu. Aylarla topa həsrət qalan Mahir Emreli, “Neftçi”də gün keçirən Ramil Şeydayev, heç Türkiyənin 1-ci liqasında belə özünü göstərə bilməyən Renat Dadaşovla dağı dağ üstünə qoymaz olmaz. Bax, Türkiyə ilə fərqimiz də budu. Ona görə də mən bizimkilərin əcnəbi məşqçi sevdasını başa düşə, o sevdaya haqq qazandıra bilmərəm.

Son mətbuat konfransında Santuş De Byazinin danışdığı nağılları təkrarlamaqla bağlı suala belə cavab verib: “Hansı futbolçu mentallığı dəyişmək istəməyəcək, başqa futbolçudan yana seçim edəcəyik”. Adama deyərlər ki, kimlə, ay Əliş?! Mahiri, Ramili, Emini, Coşqunu bundan sonra mentallıq dəyişməyə necə məcbur edəcəksən? Yox, onlar dəyişmək istəməsə, ya bunu bacarmasa, hansı futbolçudan yana seçim edəcəksən? 1-ci liqada gününü keçirənləri milliyə çağıracaqsan? Uzun sözün qısası, biz bu nağıllardan çox eşitmişik, daha qulağımız da yorulub. Çalış ki, başqa nağıl tapasan. Sənin Montella kimi geniş heyət seçimin yoxdu, yaxın illər ərzində olması da gözlənilmir.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

4-12-2023, 20:0

“Siti Futbol Qrup” Türkiyədə klub almaq istəyir

Dünya futbolu

10-02-2024, 13:0

Türkiyədə bu qış neçə oyunçu transfer edildi?

Aktual / Manşet

13-06-2022, 14:0

Emin Quliyev: “Yerli mütəxəssis dəvət olunsaydı, “Neftçi” daha çox uğur qazanardı” - AÇIQLAMA

Aktual / Yığma

24-11-2023, 16:0

Hər kəs “yerli məşqçi gəlsin” dedi

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 123
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə