"Qarabağ"ın futbolçusu haqda yeni xəbər - düşərgədən ayrılır

4.10.2024 23:25 5 253
Dünya futbolu
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasına dəvət alıb.

Baş məşqçi Vladimir Petkoviç heyətdə 26 futbolçuya yer verib. Benzia Afrika Millətlər Liqasının seçmə mərhələsində oktyabrın 10-da və 14-də Toqo ilə görüşlərdə oynamaq imkanı əldə edib.

Qeyd edək ki, Yassinin komandası 2 turdan sonra 6 xalla qrupa başçılıq edir. Toqonun hesabında 2 xal var.