Benzya Əlcəzair yığmasına dəvət aldı

4.09.2024 16:08 267
İdman
"Qarabağ"ın futbolçusu Yassin Benzya Əlcəzair millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əlcəzair yığması Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandaları ilə qarşılaşacaq.