Çempionlar Liqasında əsas mərhələnin 2-ci turuna yekun vuruldu.
İlk turda səfərdə ''Milan''ı 3:1 yenən ''Liverpul'' bu dəfə evdə İtaliyanın digər təmsilçisi ''Bolonya''nı iki cavabsız qolla məğlub etdi.
Aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazan Məhəmməd Salah əla performans sərgiləyərək matçın ən yaxşı oyunçusu seçildi. Misirli ulduz həm də bu qolla adını tarixə yazdırdı. O, Çempionlar Liqasında 81-ci oyunda 45-ci qolunu vurmaqla Didye Droqbanı geridə qoydu və turnirin tarixinin ən məhsuldar afrikalı futbolçusuna çevrildi.
Droqba 92 oyuna 44 dəfə fərqlənmişdi. Bu siyahıda digər pillələrdə Samuel Eto'O (78 oyun, 30 qol), Sadio Mane (64 oyun, 27 qol) və Riyad Mahrez (55 oyun, 20 qol) qərarlaşıb.
ƏLİ