Qiyməti 500 milyon avroya qalxdı

3.10.2024 05:23 223
Dünya futbolu
“Barselona” yeniyetmə futbolçusu Mark Bernalın müqaviləsini yeniləyib.

17 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər artırılıb. Yeni müqavilədə onun təzminat qiyməti 500 milyon avro göstərilib.

Qeyd edək ki, Mark “Barselona”nın yetirməsidi. O, bu mövsüm La Liqada 3 oyun keçirib. 7 yaşında klubun akademiyasına qoşulan Bernal bu mövsümdən əsas komandada oynayır.

İspaniyanın U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi bu komandada 11 oyun keçirib.