“Milan”ı yayda tərk edəcək

25.05.2024 13:32 158
Dünya futbolu
Simon Kyaerin “Milan”la bağlı karyerası müəyyənləşib.

Təcrübəli müdafiəçisi mövsümün sonunda klubdan ayrılacaq. Bu barədə 35 yaşlı futbolçu İtaliya klubunun saytına açıqlamasında bildirib.

Qeyd edək ki, danimarkalı oyunçu “Milan”da 2020-ci ildən oynayır. O, bu mövsüm A seriyasında 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.