“Formula-1” dünyasının ən məşhur pilotlarından Lüis Hemilton italyan dilini öyrənməyə başlayıb.
Xatırladaq ki, o, mövsümün sonunda “Mersedes”dən ayrılaraq “Ferrari”yə qoşulacaq. Lüisin yeni tərəfdaşı Monakodan olan Şarl Leklerdi.
Hemilton italyan dilində baza biliklərinə yiyələnməklə komanda və gələcək yarış mühəndisi Rikkardo Adami ilə daha tez dil tapa biləcəyinə ümid edir.
Vaxtilə almaniyalı pilot Mihael Şumaher də eyni yanaşma nümayiş etdirmişdi.