“Nikbin qalmağa üstünlük verirəm. İrəlidə 20 yürüş var. Məsələlərə realist yöndən yanaşsaq, top-komandalar, adətən, bolidi eyni sürətlə inkişaf etdirir. Bu mübarizəyə qoşula biləcəyimizə çox ümidliyəm. Hər addımımıza “Ferrari” və “Red Bull” eyni şəkildə cavab verir, odu ki, asan olmayacaq. Bəli, düzdü, hazırda rəqiblərdən çox geri qalırıq. Ancaq irəlidə bizi uzun yol gözləyir”.
Britaniyalı pilot ilk üç mərhələdə cəmi 28 xal toplayıb və 5-ci yerdədi. Şəxsi hesabda lider “Ferrari”nin pilotu Şarl Leklerdi (71 xal).
Yeri gəlmişkən, Hemiltonla komanda yoldaşı Corc Rassel yaxınlarda “Mersedes”in sponsorlarından olan Malayziyanın neft şirkəti “Petronas”ın dəvəti ilə bu ölkəyə baş çəkib. Pilotların səfəri başa çatan kimi yerli saytların birində üzərində Lüisin əyləşdiyi plastik stulun satışı ilə bağlı elan peyda olub. Elanda qeyd olunur ki, Lüis durandan sonra stul yuyulmayıb, yəni üzərində pilotun izi qalıb. Elanda stula 2 min 888 Mayayziya rinqqiti (1160 manat) qiymət qoyulub. Elan işıq üzü görəndən az sonra saytda artıq stulun satıldığı da bildirilib.
