Okan Buruk növbəti rekordun astanasında

28.09.2024 19:17 138
Dünya futbolu
Əla dönəmdən keçən və həm superliqada, həm də Avropada önəmli qələbələr qazanan ''Qalatasaray'' bu gün növbəti oyuna çıxacaq.

İstanbul nəhəngi şəhərin digər təmsilçisi ''Kasımpaşa''nı qəbul edəcək. Bu rəqibi son 4 oyunda məğlub edən ''Cim-Bom'' yenə aşkar favorit sayılır.

''Qalatasaray'' 2024-cü ildə öz meydanında keçirdiyi 14 çempionat oyununun 13-də qalib gəlib (1 məğlubiyyət). Yəni komanda bu təqvim ilində evdə çempionat oyunlarında qələbə faizinə (93) görə hazırda Avropada ən yaxşı göstəriciyə malik olanlardan biridi. ''Sarı-qırmızılar''ın başında bir çox rekordlarını müəllifi olan Okan Buruk yenidən adını klub tarixinə yazdırmağa hazırlaşır.

Bilindiyi kimi, ''Qalatasaray'' ilk 6 turda xal itirməyib. Komanda 7-ci turu da itkisiz başa vursa, tarixində bir ilkə imza atacaq. Amma bu, turnirin rekordu olmayacaq. Çünki ''Fənərbaxça'' 3 dəfə (1964/65, 2009/10, 2023/24) mövsümə ardıcıl 7 qələbə ilə başlayıb.

ƏLİ