Modriç ilə bağlı formallıq aradan qaldırıldı

7.06.2024 11:13 194
Dünya futbolu
Luka Modriç ilə bağlı formallıq aradan qaldırılıb.

Bir neçə gün əvvəl klubu ilə növbəti dəfə anlaşan futbolçu “Real”da daha bir il oynayacaq. İnsayder Fabritsio Romanonun sosial şəbəkə hesabları vasitəsilə verdiyi xəbərə görə, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədər artırılıb.

Xatırladaq ki, Modriç “Real”da 2012-ci ildən çıxış edir. O, son mövsümdə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul