"Qarabağ" – “Turan Tovuz" qarşılaşması bitəndən sonra "İmarət Tayfa" coşdu. Azarkeşlər mükafatlandırma mərasimi zamanı AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədovu fitə basdı.
Açığı, bunun səbəbi anlaşılmadı. "Football-plus.az” saytı olaraq "İmarət Tayfa"nın fəallarından olan Elnur Quliyevin məsələyə münasibətini öyrəndik:
"İmarət Tayfa" olaraq ilk dəfə deyil ki, AFFA və PFL-in rəhbər şəxslərini fitə basırıq. Bunun da səbəbi onların yarıtmaz siyasətidi. Niyə onlardan razı qalmalıyıq ki?! İstər milli komanda, istər Misli premyer-liqasında, istərsə də ölkə futbolunda hansı inkişafa təkan veriblər? Məhz həmin şəxslərin yarıtmaz siyasəti nəticəsində bu gün ölkə futbolu dalandadı. Ona görə fitəbasmalar davam edəcək".
ABDULLA İSMAYILOĞLU