“Qarabağ”ın rəqibindən böyükhesablı qələbə

19.09.2024 13:30 122
Dünya futbolu
Niderland çempionatında 3-cü turdan təxirə salınan oyunlar keçirilib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Ayaks” böyükhesablı qələbə qazanıb. Paytaxt komandası öz meydanında “Fortuna”nın qapısından 5 cavabsız top keçirib. Ehtiyatda daha iki təxirə salınan oyunu olan “Ayaks” 3 oyuna 6 xalla 7-ci yeri tutur. Turnir cədvəlinə isə 5 oyuna 15 xal toplayan PSV başçılıq edir.

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” oyunu oktyabrın 24-də keçiriləcək.