"Football-plus.az" xəbər verir ki, 2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Komanda ötən mövsümü Türkiyənin "Kocaelispor" klubunda keçirmiş gürcüstanlı futbolçu Giorgi Karaişvili ilə 1+2 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi 12 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.