Yenidən vətənində oynayacaq

17.09.2024 16:50 116
Dünya futbolu
Bu yay “Yuventus”dan ayrılan Adrien Rabyonun yeni klubu məlum olub.

Fransalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

“Marsel” rəhbərliyi klubun rəsmi saytı vasitəsilə Rabyo ilə razılıq əldə edildiyini açıqlayıb. 29 yaşlı futbolçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

Adrien “Yuventus”da 2019-cu ildən çıxış edirdi. Turin klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan futbolçu daha əvvəl Fransada PSJ və “Tuluza”da çıxış edib.