Füri əvəzçıxma döyüşündən imtina edə bilməz!

16.09.2024 17:11 122
İdman
WBA, WBC və WBO versiyaları üzrə superağır çəkinin çempionu Aleksandr Usik (22-0) bildirib ki, WBC versiyası üzrə superağır çəkinin sabiq çempionu Tayson Fürinin (34-1) müqaviləsi var, bu üzdən əvəzçıxma döyüşündən imtina edə bilməz:

“Füri imtina edə bilərmi? Heç bir halda, axı indi top bizim tərəfimizdədi. Mənim kimi, onun da dekabrın 31-nə qədər müqaviləsi var. Göstərilən tarixə qədər əvəzçıxma döyüşü keçirməliyik. Tayson dekabrın 21-nə nəzərdə tutulan döyüşdən imtina etsə, bütün pullarını və dividendləri itirəcək, bundan sonra sözünü ağası olmayacaq”.

Xatırladaq ki, Usiklə Füri növbəti dəfə dekabrın 21-də Səudiyyə Ərəbistanında – Ər-Riyadda qarşılaşmalıdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul