Niderland çempionatının 5-ci turu çərçivəsində keçirilən ''Alkmaar'' ''Heerenven'' oyununda futbolda nadir hallarda rast gəlinən hesab qeydə alındı.
''Alkmaar'' rəqibini 9:1 hesabı ilə ''kötüklədi''. İrlandiyalı Trey Perrot 4 qol vurmaqla matçın qəhrəmanına çevrildi. ''Heerenven''i yaxın keçmişin önəmli forvardlarından olan Robin van Persi çalışdırır.
O, komandanın başına mayda gətirilib. Bu, ''Arsenal'' və ''Mançester Yunayted''in sabiq forvardının yüksək səviyyədə ilk məşqçilik təcrübəsidi. Buna qədər Van Persi ''Feyenoord''un U-19 komandasını çalışdırırdı.
''Heerenven'' bu mövsüm erediviziyada keçirdiyi 4 oyuna 4 xal toplayıb. 5 oyuna 13 xal toplayan və 2-ci pillədə qərarlaşan ''Alkmaar''ın isə Avropa Liqasında İstanbul nəhəngləri ilə qarşılaşacağını xatırladaq. Bu komanda noyabrın 8-də ''Fənərbaxça''nı, noyabrın 28-də isə ''Qalatasaray''ı qəbul edəcək.
ƏLİ