A seriyasında hamını qabaqladı

15.09.2024 12:01 123
Dünya futbolu
İtaliya A seriyasında avqustun ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “İnter”in hücumçusu Markus Turam olub.27 yaşlı futbolçu mükafat uğrunda mübarizədə Saul Koko (Torino), Xviça Kvaratsxeliya (Napoli), Dennis Man (Parma), Mateo Retegi (Atalanta) və Duşan Vlahoviçi (Yuventus) qabaqlayıb.

Türam ötən ay İtaliya çempionatında 3 oyuna çıxıb və 4 qol vurub.