A seriyasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Rafael Leao olub.
“Milan”ın portuqaliyalı hücumçusu digər namzədlər Lautaro Martines (İnter), Mattia Zakkanyi (Latsio), Lorentso Pelleqrini (Roma) və Simone Verdini (Verona) qabaqlayıb. Qeyd edək ki, Rafael ötən ay A seriyasında keçirdiyi 5 oyunda komandasına 4 qol və 1 məhsuldar ötürmə ilə faydalı olmuşdu.