Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, toplantı saat 10:00-da başlayacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildi:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ”yə müvafiq yardımın ayrılması
6. Digər məsələlər