• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Günəş: “Gəl” dedilər, mən də gəldim” - “Trabzonspor” iki yeni futbolçunu heyətinə qatdı

Dünya futbolu

10-09-2024, 13:0

“Trabzonspor”un Abdulla Avcı ilə yollarını ayırdığını xəbər vermişdik.

Rəhbərliyin yeni məşqçi seçimi çox da uzun çəkmədi. Şenol Günəş ilə Fatih Təkkə arasında seçim edən rəhbərlik üstünlüyü birinciyə verdi. Ünlü mütəxəssis ilə ikiillik müqavilə imzalandı. Bununla da “bordo-mavililər”də 5-ci Günəş dönəmi rəsmən start götürdü. 72 yaşlı çalışdırıcı daha öncə 1987-88, 1992-96, 2004-05 və 2009-13-cü illərdə “Trabzonspor”da çalışıb. Bu müddət ərzində o, qaradənizlilərin başında 2 kubok, 2 superkubok olmaqla 4 titul qazanıb. Onun son dönəmi 2013-cü ilin yanvarın 27-də başa çatmışdı. Yəni 12 ilə yaxın bir müddətdən sonra Günəş yenidən komandanın başına keçdi.

Maraqlıdı ki, onun Trabzonda 5-ci dönəmi sabiq klubu “Beşiktaş”a qarşı oyunla start götürəcək. Günəş hər nə qədər “Trabzonspor”un əfsanəsi sayılsa da, məşqçi kimi hər iki çempionluğunu məhz “Beşiktaş”la qazanıb (2015/16, 2016/17). Türkiyə futbol tarixinin ən önəmli məşqçilərindən hesab olunan Günəş yeni təyinatı ilə bağlı bunları deyib: “Trabzona yeni gəlmirəm. Amma bu dəfə dərqli duyğularla gəlirəm. İşimi yerinə yetirmək üçün gəlmişəm. Məndən öncə burda Abdulla Avcı uğurlu işlər gördü. Komanda son oyuna İhsan Təkəlioğlu ilə çıxmışdı. Yeni bir dönəm başlayır. Başqan və idarə heyəti mənimlə görüşmək istədi. “Gəl” dedilər, mən də gəldim. Komandanın durumunu dəyərləndirəcəyik.

“Trabzonspor” asan dönəmdən keçmir. Psixoloji durumu düzəldib yeni və daha güclü bir komanda yaratmaq istəyirik. Sözlə ifadə etmək doğru deyil, amma özümü yeni bir işə başlayan məşqçi kimi hiss edirəm. Həyəcanım gənclik illərindəki kimi deyil. Gəncliyimdə həyəcanı idarə etmək çətin idi. İndi isə duyğularla məntiqin birləşdiyi bir dönəmdəyəm. Ümid edirəm ki, məndən gözlənilənləri verə biləcəm”. Günəşin əsas köməkçiləri uzun illər onunla birlikdə çalışan Şərəf Çiçək ilə “Trabzonspor” camiəsinə gözəl tanış olan Hüseyin Çimşir olacaq. 45 yaşlı Çimşir daha öncə bu klubda 2018/19-da köməkçi-məşqçi, 2020-ci ildə isə baş məşqçi funksiyasını yerinə yetirib.

Günəşin gəlişi ilə heyətdə dəyişikliklər başladı. İlk növbədə komandanın aparıcı futbolçularından olan Mahmud Trezeqenin ayrıldığını bildirək. 2022-dən “Trabzonspor”da olan və ötən mövsüm 28 rəsmi oyunda 11 qol, 6 məhsuldar ötürməlik fayda verən 29 yaşlı misirli vinger Qətər təmsilçisi “Əl-Rayyan”a icarəyə verilib. Əvəzində “Braqa”dan iki yeni futbolçu transfer edilib. Bunlar Simon Banza ilə Sərdar Saatçıdı.

Ötən mövsüm Portuqaliya çempionatında 21 qol vurmaqla diqqət çəkən Banza 2 milyon avro qarşılığında birillik icarəyə götürülüb. 29 yaşlı Konqo DR-li vingerin maaşı 1,16 milyon avro təşkil edəcək. Sərdar isə türkiyəli futbolsevərlərə gözəl tanışdı. “Beşiktaş”ın yetirməsi olan 21 yaşlı mərkəz müdafiəçisi 2022-də “Braqa”ya transfer olunmuşdu.

“Trabzonspor” 2,5 milyon avro ödəyərək bu oyunçu ilə “4+1” illik müqavilə imzalayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2024, 14:0

''Trabzonspor''da 5-ci Günəş dönəmi rəsmən başladı

Dünya futbolu

2-09-2024, 16:0

''Trabzonspor''da 2-ci Avcı dönəmi başa çatdı

Dünya futbolu

7-05-2023, 13:0

Günəş 600-ə çatdı

Dünya futbolu

5-09-2023, 12:0

Günəş istefa verdi

Dünya futbolu

13-03-2023, 15:0

“Trabzonspor”da Avcı dönəmi nə ilə yadda qaldı? - TƏHLİL

Dünya futbolu

23-02-2024, 00:0

Günəş bu komandanı çalışdırmaq istəyir

Aktual
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
Son xəbərlər
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 92
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə