Karlo Ançelotti cari mövsümün sonunda “Real”dan ayrıla bilər.
Təcrübəli mütəxəssisin hara gedə biləcəyi haqda Ramon Alvares De Mon açıqlama verib.
İspaniyalı jurnalist Ançelottinin Səudiyyə Ərəbistanı klublarından çox cəlbedici təkliflər aldığını bildirib. Qeyd edək ki, italiyalı məşqçi hələ ötən mövsümün gedişində karyerasını “Real”da başa vurmaq istəyini dilə gətirmişdi.
65 yaşlı Ançelotti indiyədək bu komandanı 2 dəfə İspaniya çempionatında, 3 dəfə Çempionlar Liqasında, 3 dəfə Avropa Superkubokunda, 2 dəfə isə Klublararası Dünya Çempionatında qələbəyə daşıyıb.