Ançelotti ilə bağlı yeni plan

10.09.2022 18:55 316
Dünya futbolu
Karlo Ançelottinin fəaliyyəti “Real”ın bosslarını çox qane edir.

"Football-plus.az" xəbər verir ki, onunla bağlı yeni plan hazırlanıb. “Marka” qəzetinin xəbərində rəhbərliyin italyan baş məşqçi ilə müqaviləni yeniləmək niyyətində olduğu bildirilib. 63 yaşlı Ançelottinin hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, ötən mövsüm komandanı İspaniya çempionatında və Çempionlar Liqasında çempionluğa daşıyıb.