Bütün biletlər satılıb, Koşitse Azərbaycan yığması ilə oyunu gözləyir!

7.09.2024 19:05 186
Aktual / Yığma
Hazırda olduğumuz Koşitse Futbol Arenasında slovakiyalı həmkarlarımızla söhbət edərkən maraqlı faktın üstü açıldı.

Slovakiya yığması bu şəhərdə sonuncu oyununu düz 26 il əvvəl, 1998-ci il sentyabrın 5-də məhz Azərbaycana qarşı keçirib. Bu kiçik şəhər milli komandanın növbəti ev oyununu böyük səbirsizliklə və həvəslə gözləyir.

12555 yerlik arenada keçiriləcək oyunun bütün biletləri artıq satılıb. Yığmamız sabah rəqibin çılğın azarkeşlərinin təzyiqi ilə üzləşəcək. Bu başqa məsələ ki, stadionda Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı azarkeşlər də olacaq.

HUŞƏNG, Koşitse

P.S. Səfər "Misli"nin dəstəyi ilə təşkil olunub.