Futzal millimiz sabah DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla qarşılaşacaq. Yığmamızı çətin səfər matçı gözləyir. Oyun Astanada yerləşən “Jepke Jek” (Döyüş sənəti - red.) sarayında keçiriləcək.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, bu oyun üçün bütün biletlər satılıb.
Maraq üçün qeyd edək ki, saray 5000 azarkeş tutumuna malikdi. Bu, millimizin yerli tərəfdarların ağır təzyiqi altında çıxış edəcəyini göstərir.
KƏNAN BAHADIR