Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi stadion

30.07.2024 10:52 307
Ölkə futbolu
Yığmamızın Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq 4-cü turdakı Azərbaycan - Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.