Danilo Pereyra PSJ-ni tərk edib.
Təcrübəli futbolçu “Əl-İttihad”a keçib. 32 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb. “Əl-İttihad” Portuqaliya yığmasının oyunçusuna görə Paris klubuna 5 milyon avro ödəyib.
Qeyd edək ki, Pereyra PSJ-də 2020-ci ildən çıxış edir. O, bu komandada 157 oyun keçirib və 10 qol vurub.