Eriksen gəldi, Pereyra getdi

16.07.2022 12:45 372
Dünya futbolu
Kristian Eriksen artıq “Old Trafford”dadı. Danimarka millisinin oyunçusunun “Mançester Yunayted”ə keçidi rəsmiləşib.

Klub saytının yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Eriksen yeni klubuna azad agent kimi keçib. Xatırladaq ki, o, bu ilin yanvarından “Brentford”da oynayırdı. Bu klubla bağladığı 6 aylıq müqaviləni yeniləmək istəməmişdi.

Yeri gəlmişkən, MY-nin oyunçusu Andreas Pereyra “Fulhem”ə transfer olunub. 26 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə 4 illik müqavilə imzalayıb. Qeyd edək ki, Pereyra ötən mövsüm icarə əsasında “Flamenqo”da oynayıb.