Xatırladaq ki, 2-ci bundesliqla təmsilçisinin 4-cü turda evdə “Maqdeburq”a böyük hesabla uduzması (0:4) və əsas oyunçulardan Niklas Sommerin “Bavariya” forması geydiyi şəkli rəsmi “instaqram” hesabında paylaşması azarkeşlərdə ciddi narazılıq doğurub. Hətta yeni yayılan xəbərlərdə tərəfdarların Sommerə qarşı fiziki zorakılığa və təhqirlərə yol verdiyi qeyd olunur.
Növbəti bilgi isə məhz Mahirlə bağlıdı. Daha dəqiq desək, dünən yaydığımız məlumat təsdiqini tapıb. İndiki durumda həmvətənimizin meydana buraxılması məqsədəuyğun sayılmır. Baxmayaraq ki, o, komanda ilə birgə məşqlərə başlayıb. Mahirlə bağlı danışan baş məşqçi Miroslav Klozeni dinləyək:
"Mahir artıq komandanın məşqlərində iştirak edir. Həm onun, həm öz adıma çox sevindim. Lakin Emrelinin oynaya bilməsi üçün hələ vaxt lazımdı. Üzgünəm, amma indiki vəziyyətdə meydana çıxması baxımından çox tezdi”.
Xatırladaq ki, “Nürnberq” ötən ay Mahirlə birillik müqavilə imzalayıb.
KƏNAN BAHADIR



