Londondan Asiyaya yollandı

5.09.2024 10:52 198
Dünya futbolu
“Əl-Nəssr” heyətini yeni futbolçu ilə gücləndirib.

Səudiyyə Ərəbistanı klubu “Çelsi”dən Ancelo Qabrieli transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Əl-Nəssr” bu transfer üçün “Çelsi”yə 23 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, Qabriel ötən mövsüm icarə əsasında “Strasbur”da oynayıb. O, Liqa 1-də iştirak etdiyi 21 matçda 3 məhsuldar ötürmə edib.