“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
İspaniya klubu “Arsenal”ın yarımmüdafiəçisi Albert Sambi Lokonqunu icarəyə götürüb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Klublar arasındakı sözləşməyə futbolçunun birdəfəlik satınalma variantı da daxildi.
Albert ötən mövsümü icarə əsasında “Luton”da keçirib. O, premyer-liqada 17 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.