"Futbolçular bilir ki, çətinliyimiz olacaq" - Fernando Santuş

4.09.2024 22:33 268
Yığma / Manşet
Sabah millimiz Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “İsveç”lə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santuş oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyuna hazırlıqlar nə yerdədi?
- Bu gün ikinci məşqimizi edəcəyik. Oyunçuların texiniki olaraq bəzi narazılıqları var idi. Bunu müzakirə etdik. Rəqibin son 4 oyununa baxdıq. Əvvəlki oyunlara baxmaq lazım deyildi. Baş məşqçi dəyişilib, onun taktikasını öyrənməliydik. Futbolçular bilir ki, çətinliyimiz olacaq. Komandadakı istəyi hiss edirəm. Hamısı normal səviyyədədi. Lakin onları oyun zamanı bir-birinə uyğunlaşdırmalıyıq.

- Əvvəlki mətbuat konfranslarında kefiniz olduqca yaxşı idi. Bu gün qəmginsiz. Buna səbəb nədi?
- Kefim çox normaldı. Çox yaxşıyam. Sabah oyun var. Fikrimi matça yönəltmişəm.

- ⁠Rəqib barədə nə düşünürsüz?
- ⁠Onların bir çox oyunlarını izləmişik. Boşluq verdikləri zamanları da analiz etmişik. Oyunçularımıza əsas məsləhətimiz rəqibin müdafiə olunduğu epizodlarla bağlıdı. Rəqibin hansı zamanda yaxşı olduğunu bilməliyik.

- ⁠Heyəti açıqlayanda dediniz ki, futbolçular milliyə klubdan gəliblər və necədilərsə elə də çıxış edəcəklər. Bir çoxları düşündü ki, bununla mümkün uğursuz çıxışınızı indidən sığortalayırsız...
- ⁠Mən onların fiziki durumları ilə bağlı çətinlik görmürəm. Hamısı öz formasındadı. İnanıram ki, bu da sabah bizə bəs edəcək. Daha ətraflı oyundan sonra danışarıq.

- Seçdiyiniz lider futbolçu kimdi?
- ⁠İndividual olaraq, futbolçular barədə danışmağı sevmirəm.

- ⁠Nəriman Axundzadəni hansı cəhətinə görə milliyə cəlb etmisiz?
- Mən oyunçular barədə tək-tək danışmıram.

- ⁠Qapıçı olaraq kimi meydana buraxacaqsız?
- ⁠Bunu hələ ki, bilmirəm. Heyəti dəqiqləşdirməmişəm.

RÖYANƏ OĞUZ