Santuş millimizin heyətini nə vaxt açıqlayacaq?

29.08.2024 10:52 345
Yığma
Avqustun 30-da AFFA-nın inzibati binasında millimizin baş məşqçisi Fernando Santuşun mətbuat konfransı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Saat 11.00-da başlayacaq mətbuat konfransında milli komandamızın Millətlər Liqasında sentyabrda keçirəcəyi oyunlar üçün heyəti açıqlanacaq.

Qeyd edək ki, yığmamız sentyabrın 5-də Bakıda İsveç sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.