“Maks və “Red Bull” yaxşı çalışır”

20.03.2024 17:30 160
İdman
“Maklaren”in pilotu Lando Norris “Red Bull”un mövsümün startındakı üstünlüyünün onu narahat edib-etmədiyi ilə bağlı suala cavab verib:

“Əlbəttə, istərdim ki, gələcəkdə daha yaxşı mübarizə aparaq, ancaq başqa heç nə edə bilmərəm. Ümumilikdə “Red Bull” komandası kimi, Maks da yaxşı çalışır. Onunla mübarizə apara bilmirik”.

Norris həminin “Red Bull”un dominantlığının qarşısını almaq üçün texniki reqlamentdə dəyişiklik etmək təklifinin də əleyhinədi:

“İstənilən başqa idman növündə də eyni tendensiya yaşanır. Kimsə öz işini yaxşı görürsə, qalib gəlir. İdmanda kimsə böyük uğura nail olursa, bunu haqq edir, ona görə ki, ağıllı və düşüncəlidi. Bu keyfiyyəti ondan qopara bilməzsən”.

Bildiyiniz kimi, “Red Bull”un pilotu Maks Ferstappen yeni mövsümün ilk iki mərhələsində - Bəhreyndə və Səudiyyə Ərəbistanında qalib gəlib. İş ondadı ki, onun komanda yoldaşı Serxio Peres də finişə ikinci çatıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul