Ukraynalı tennisçi Yelina Svitolina Meksikanın Monterrey şəhərində keçirilən turnirdə yaxınlarda Rusiya vətəndaşlığını Ermənistan vətəndaşlığına dəyişən Yelina Avanesyanın əlini sıxmayıb.
İki setdə qələbə qazanan (6:4, 6:3) Svitolina oyundan sonra rəqiblə ənənəvi əlsıxmadan imtina edib. Xatırladaq ki, Avenesyan idman vətəndaşlığını avqustun əvvəlində dəyişib. 21 yaşlı idmançı əvvəllər Rusiyanı təmsil edib.
Bu arada tunisli Onsa Jaberin 26 avqust – 8 sentyabr aralığında Nyu-Yorkda keçiriləcək ABŞ Açıq Çempionatını zədə üzündən buracağı açıqlanıb. Dünyanın 17-ci raketkası “US Open”in ilk dövrəsində rusiyalı Veronika Kudermetovaya qarşı oynamalıydı. Jaberi turnirin torunda 28 yaşlı belçikalı Elise Mertens əvəz edəcək. “US Open”in mətbuat xidməti Jaberə tezliklə sağalmağı arzulayıb.
Tunisli tennisçinin sonuncu dəfə avqustun 7-də Kanadanın Toronto şəhərində keçirilən turnirdə korta çıxdığını da xatırladaq. Ons həmin gün yaponiyalı Naomi Osakaya uduzub - 3:6, 1:6.