Ukraynalı tennisçi Yelina Svitolina Olimpiadanın startına bir həftə qalmış məşqçisi Ramon Sleyterlə əməkdaşlığı dayandırdığını elan edib.
O, sosial şəbəkə hesabında bunları yazıb:
“Hesab edirəm ki, Sleyter tennisdəki ən yaxşı mütəxəssislərdən biridi. Birgə əmək sayəsində nail olduqlarımıza görə həmişə ona minnətdar olacam”.
Yeni məşqçinin adını tezliklə açıqlayacağını yazan Yelinanın Sleyterlə ötən ilin martından bəri çalışdığını xatırladaq.
Svitolina onun rəhbərliyi altında “Rolan Qarros”da 1/4 finala çıxıb, həmçinin “Uimbldon”da 1/4 finala və yarımfinala qədər irəliləyib.