FIBA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" Litvada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, paytaxt klubu Almaniya bundesliqasında mübarizə aparan "Rostok Sivulvz"la qarşılaşıb. Matç “Sabah”ın 72:71 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu "Sabah"ın hazırlıq prosesi sentyabrın 10-da başa çatacaq.