Cari mövsümü böyük ölçüdə boşa verən “Liverpul” yayda heyətini gücləndirəcək.
"Football-plus.az" xəbər verir ki, bunu baş məşqçi Yürgen Klopp bildirib:
“Bir oyunçuya görə 100 milyon funt sterlinq ödəyəcəyim barədə suala cavab verməyəcəyəm. Ona görə ki, bu haqda heç vaxt danışmırıq. Bircə onu deyə bilərəm ki, yayı fəal keçirəcəyik. Bunu əminliklə söyləyirəm. Kimə görə nə qədər xərcləyəcəyimizi isə demirəm”.