Cokoviçin Nadalın daha bir rekordunu yenilədi

26.08.2024 16:29 290
İdman
Serbiyalı tennisçi Novak Cokoviç ispaniyalı Rafael Nadalın reytinq rekordunu yeniləyib.

37 yaşlı ulduz ATP reytinqinin ilk iki pilləsində 597-ci həftəni arxada qoymaqdadı. Əvvəlki rekordçu Nadal 596 həftədə dayandı. Hazırda reytinq sıralamasında 2-ci pillədə qərarlaşan Covokiç zirvədə olmaq baxımından (428) da rekordçudu.

Avqustun 4-də Cokoviç ispaniyalı Karlos Alkarası məğlub etməklə Paris Olimpiadasının qalibi olub. Bu, onun ilk olimpiya çempionluğu idi. Yeri gəlmişkən, Novak final görüşündən sonra Karlosun qulağına nə pıçıldadığını da açıqlayıb:

“Final bitəndən sonra torun yanında Karlosa dedim ki, mənə qızıl medal qazanmaq imkanı verdiyinə görə sənə çox minnətdaram. Çox güman, təqaüdə çıxana qədər onun üç Olimpiada “qızıl”ı olacaq”.